525.Az

Ukraynada Rusiyaya məxsus helikopter vurulub


 

Ukraynada Rusiyaya məxsus helikopter vurulub<b style="color:red"></b>

Ukraynanın 47-ci mexanikləşdirilmiş əlahiddə briqadasının döyüşçüləri Rusiyaya məxsus “Alliqator” Ka-52 tipli helikopteri vurublar.

525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə məlumatı “RBK-Ukraina” yayıb.

Hərbi mütəxəssislərin bildirdiyinə görə, bu helikopterin qiyməti 16 milyon dollardır.

Helikopterin heyət üzvlərinin taleyi barədə məlumat verilməyib.

 





13.05.2024    çap et  çap et