525.Az

Braziliyada daşqınlarda ölənlərin sayı 107-ə yüksəlib


 

Braziliyada daşqınlarda ölənlərin sayı <b style="color:red">107-ə yüksəlib</b>

Braziliyada leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 107-ə, itkin düşənlərin sayı isə 136-a yüksəlib.

525.az xəbər verir ki, ölkənin cənubundakı Rio Qrande-du-Sul əyalətində ötən həftədən bəri yağan yağışlardan sonra baş verən daşqınlar səbəbindən can və mal itkiləri artır. Dövlət Mülki Müdafiəsi tərəfindən verilən açıqlamada ölənlərin sayının 107-ə, itkin düşənlərin sayının isə 136-a yüksəldiyi bildirilib.

Açıqlamada 374 yaralının xəstəxanalarda müalicə olunduğu, axtarış-xilasetmə işlərinin fasiləsiz davam etdiyi qeyd edilib.

Məhəmməd Tağıyev

 





13.05.2024    çap et  çap et