525.Az

Sloveniya Fələstini tanımağı planlaşdırır


 

Sloveniya Fələstini tanımağı planlaşdırır<b style="color:red"></b>

Sloveniyanın Fələstin dövlətinin tanınması ilə bağlı qərarı iyunun 13-dək qəbul edəcəyi gözlənilir.

525.az xəbər verir ki, Sloveniyanın xarici işlər naziri Tanya Fayon mətbuata açıqlamasında hökumətin Fələstin dövlətinin tanınması proseduruna başladığını açıqlayıb. Fayon tanınma qərarının iyunun 13-dək Sloveniya parlamentinə göndəriləcəyini bildirib.

Qeyd edək ki, Fayon qərarın geri dönüşü olmayan bir addım olduğuna diqqət çəkib.

Məhəmməd Tağıyev

 





13.05.2024    çap et  çap et