525.Az

Hitlerin təsviri olan paltar geyinən müəllimə qarşı tədbir görülüb


 

Hitlerin təsviri olan paltar geyinən müəllimə qarşı tədbir görülüb<b style="color:red"></b>

Almaniyanın Şimali Reyn-Vestfaliya (NRW) əyalətindəki təhsil kollecində Adolf Hitlerin şəkli olan köynəklə sinif otağına daxil olan müəllimə qarşı hüquqi tədbir görülüb.

525.az xəbər verir ki, bir şagird polisə zəng edib və Vürselen şəhərindəki məktəb rəhbərliyi buna reaksiya verərək müəllimi evə göndərib.

Polisin verdiyi açıqlamada müsadirə edilən köynəkdə Stalin, Mao Zedonq, İdi Amin və Pol Pot kimi diktatorların, həmçinin Hitlerin təsvir olunduğu qeyd edilib.

Qeyd edək ki, müəllim barəsində "geyimində konstitusiyaya zidd təşkilatların simvollarından istifadə etməsi" maddəsi ilə cinayət işi açılıb.

Məhəmməd Tağıyev

 





13.05.2024    çap et  çap et