525.Az

Macarıstan nüvə enerjisi sahəsində Çinlə əməkdaşlıq edəcək


 

Macarıstan nüvə enerjisi sahəsində Çinlə əməkdaşlıq edəcək<b style="color:red"></b>

Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Macarıstan Çinlə nüvə enerjisi sahəsində əməkdaşlıq etməyi planlaşdırır.

525.az xəbər verir ki, bu barədə "TASS" yazır.

Budapeştdə Çin sədri Si Cinpinlə danışıqlardan sonra çıxışda qeyd edib ki, ölkələr nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq etmək qərarına gəliblər. Orban təkcə Çindən əlavə investisiya axınına deyil, həm də qabaqcıl Çin texnologiyalarından istifadəyə ümid edir.

Hökumət başçısının aydınlaşdırdığı kimi, Macarıstan 50 ildən artıqdır ki, nüvə enerjisini inkişaf etdirir. "Növbəti onilliklərdə nüvə enerjisi ölkənin istehsal olunan bütün elektrik enerjisinin 60-70 faizini təmin edəcək", - deyə siyasətçi vurğulayıb.

Havar Şəfiyeva 

 





13.05.2024    çap et  çap et