Cənubi Afrikanın St.George şəhərində mayın 6-da çökən çoxmərtəbəli binada ölənlərin sayı 19-a yüksəlib.
525.az xarici mediaya istinadən xəbər verir ki, St.George Bələdiyyəsindən verilən açıqlamada 81 inşaatçının dağıntılar altında qaldığı binadan indiyədək 48 nəfərin xilas edildiyi bildirilib.
Hadisədə həyatını itirənlərin sayının 19-a yüksəldiyi açıqlanıb.
Açıqlamada dağıntılar altında qalan 33 nəfərin axtarış-xilasetmə işlərinin hadisənin 7-ci günündən fasiləsiz davam etdiyi vurğulanıb və yaralanan işçilərdən 14-nün xəstəxanada müalicəsinin davam etdiyi paylaşılıb.
Qeyd edək ki, St.George şəhərinin mərkəzində, Viktoriya və York küçələrinin kəsişməsində, meriyanın yanında yerləşən, tikilməkdə olan çoxmərtəbəli bina mayın 6-da uçub. Hadisədən sonra bələdiyyə binadakı insanların sayını 75 nəfər elan etsə də, sonradan bu rəqəmi 81-ə çatdırıb.
Malik Atilay
çap et