525.Az

Rusiya: Xarkov vilayətində 4 yaşayış məntəqəsini tutduq


 

Rusiya: Xarkov vilayətində 4 yaşayış məntəqəsini tutduq<b style="color:red"></b>

Rusiya Müdafiə Nazirliyi Xarkov vilayətində 4 yaşayış məntəqəsinin Rusiya ordusu tərəfindən ələ keçirildiyini bildirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, nazirlikdən verilən açıqlamada Rusiya hərbi qüvvələrinin Rusiya-Ukrayna müharibəsindəki fəaliyyətləri barədə məlumat verilib.

Rusiya ordusunun Ukraynada döyüşlərini davam etdirdiyi bildirilən açıqlamada: “Şimal Qüvvələr Qrupunun bölmələri irəliləyərək Xarkov bölgəsindəki Qatişçe, Krasnoye, Morohovets və Oleynikovo yaşayış məntəqələrini azad etdi”, - deyilib.

Malik Atilay 

 





13.05.2024    çap et  çap et