Ukrayna Prezidenti Volodimir Zelenski Andrey Alekseenkonu Xarici Kəşfiyyat Xidməti rəhbərinin birinci müavini vəzifəsindən azad edib.
525.az "Report"-a istinadən xəbər verir ki, müvafiq sərəncam dövlət başçısının saytında dərc olunub.
Digər sərəncamla bu vəzifəyə Oleq Luqovski təyin edilib.
A.Alekseenko 2017-ci il noyabrın 27-də Ukrayna Xarici Kəşfiyyat Xidməti rəhbərinin birinci müavini vəzifəsinə təyin edilib. O, 2019-cu il martın 16-dan 2019-cu il iyunun 11-dək müvəqqəti olaraq Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsində çalışıb.
çap et