525.Az

Braziliyada daşqınlarda ölənlərin sayı 144-ə çatıb


 

Braziliyada daşqınlarda ölənlərin sayı 144-ə çatıb<b style="color:red"></b>

Braziliyada leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayının 144-ə, itkin düşənlərin sayının isə 125-ə yüksəldiyi açıqlanıb.

525.az xəbər verir ki, ötən həftədən bəri Rio Grande do Sul əyalətində yağan yağışlardan sonra baş verən daşqınlar səbəbindən can və mal itkiləri artır. Dövlət Mülki Müdafiəsi tərəfindən edilən açıqlamada ölənlərin sayının 144, itkin düşənlərin sayının isə 125 olaraq yeniləndiyi bildirilib.

Qeyd edək ki, yaralıların sayının 800-ə yüksəldiyi və seldən zərər çəkənlərin sayının 2 milyon 100 mini, köçkünlərin sayının isə 620 mini keçdiyi bildirilib.

Məhəmməd Tağıyev

 





13.05.2024    çap et  çap et