525.Az

Əlcəzairdə 5 məktəbli boğularaq ölüb


 

Əlcəzairdə 5 məktəbli boğularaq ölüb<b style="color:red"></b>

Əlcəzairin paytaxtı Əlcəzairdə 5 uşaq məktəb gəzintisi zamanı dənizdə üzərkən boğularaq ölüb.

525.az xəbər verir ki, Əlcəzair Mülki Müdafiə Birliyi sosial media hesabından verdiyi açıqlamada paytaxtdakı Muntazah Es-Sablat çimərliyində mülki müdafiə qrupları tərəfindən dənizdən çıxarılan 7 uşaqdan 5-nin öldüyü müəyyən edilib.

Açıqlamada digər iki məktəblinin Mustafa Paşa Xəstəxanasında reanimasiyada müalicəsinin davam etdiyi bildirilib.

Rəsmi məlumatlara görə, 2023-cü ildə ölkə çimərliklərində, su kanallarında və bəndlərdə 200-dən çox insan həyatını itirib.

Məhəmməd Tağıyev

 





13.05.2024    çap et  çap et