İndoneziyanın Şimali Maluku əyalətində İbu vulkanının püskürməsi nəticəsində ətraf ərazilərdə kül buludları əmələ gəlib.
525.az xəbər verir ki, Şimali Maluku əyalətindəki Halmahera adasındakı İbu vulkanı yerli vaxtla saat 09:12-də püskürüb. Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi (PVMBG) püskürmə zamanı 1325 metr yüksəklikdəki İbu vulkanının püskürdüyü vulkanik külün zirvədən təxminən 5 kilometr hündürlüyə çatdığını və partlayışın 5 dəqiqə 6 saniyə davam etdiyini qeyd edib.
İbu vulkanının aktivlik səviyyəsi mayın 8-dən etibarən 3-cü dərəcəli xəbərdarlıq səviyyəsindədir.
Məhəmməd Tağıyev
çap et