|
|
|
|
Oktyabrın 3-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Günün birinci yarısında az yağış yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı gözlənilir. Gündüz şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 13-15, gündüz 15-19 dərəcə isti olacaq.
Rayonlara gəlincə, sabah bəzi yerlərdə yağış yağacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Aran rayonlarında gecə 10-15, gündüz 19-24, dağlarda gecə 1-6, gündüz 6-10 dərəcə isti olacaq.