525.Az

Muxtar Babayev İƏİT-in Baş katibi ilə görüşüb


 

Muxtar Babayev İƏİT-in Baş katibi ilə görüşüb<b style="color:red"></b>

COP29-un prezidenti Muxtar Babayev İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Baş katibi Matias Korman ilə görüşüb.

525.az xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edilib.

“Bu gün COP29-un prezidenti Muxtar Babayev qarşıdan gələn COP29-un məqsəd və imkanlarını müzakirə etmək üçün İƏİT-in Baş katibi Matias Korman ilə görüşüb. Həvəsləndirici görüşə və İƏİT-in "yaşıl maliyyələşdirmə" üzrə işi haqqında dəyərli məlumata görə təşəkkür edirik”, - paylaşımda qeyd edilib.

 





14.05.2024    çap et  çap et