525.Az

Hakan Fidan Türkiyə ilə Yunanıstan arasında terrorla mübarizə sahəsində əməkdaşlığın güclənə biləcəyini deyib


 

Hakan Fidan Türkiyə ilə Yunanıstan arasında terrorla mübarizə sahəsində əməkdaşlığın güclənə biləcəyini deyib<b style="color:red"></b>

Həm Türkiyə, həm də Yunanıstan mövcud problemləri rahat müzakirə edə bilirlər.

525.az “Report”-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Avstriyadan olan həmkarı Aleksandr Şallanberq ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, gərginliyin azaldılması istiqamətində müzakirələr davam edir: “Terrorla mübarizə məsələsində də əməkdaşlıq və müzakirələr davam edir. Bu istiqamətdə əməkdaşlığı daha da inkişaf etdirmək barədə düşünürük”.

H.Fidan xatırladıb ki, uzun illər Türkiyədən qaçan terrorçular Yunanıstana sığınıblar.

Nazir qeyd edib ki, Ankara və Afina turizm sahəsində də əməkdaşlığın inkişafında maraqlıdır.

 





14.05.2024    çap et  çap et