Nigeriyanın Zamfara əyalətində silahlı dəstə üzvlərinin həyata keçirdikləri hücumlarda 30 nəfər həyatını itirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Zamfara polisinin sözçüsü Yezid Əbu Əbubəkar verdiyi yazılı açıqlamada, silahlı dəstə üzvlərinin əyalətin Maradun və Tsafe bölgələrində hücum təşkil etdiyini bildirib.
Hücum bölgəsinə təhlükəsizlik qüvvələrinin göndərildiyini bildirən Əbubəkar, hücumlarla bağlı detalların daha sonra veriləcəyini deyib.
Bölgə sakinləri hücumlarda 30 nəfərin həyatını itirdiyini, çox sayda insanın qaçırıldığını qeyd ediblər.
Malik Atilay
çap et