525.Az

Yunanıstanda tələbələr Fələstinə dəstək aksiyası təşkil edib


 

Yunanıstanda tələbələr Fələstinə dəstək aksiyası təşkil edib<b style="color:red"></b>

Yunanıstanın paytaxtı Afinada tələbə birliklərinin çağırışı ilə Fələstinə dəstək aksiyası təşkil edilib.

525.az xəbər verir ki, ABŞ-də başlayan və Avropa ölkələrinə yayılan Fələstinə dəstək nümayişləri çərçivəsində Yunanıstanda da tələbələr Afina Universitetinin qarşısında toplaşıb.

Fələstinə dəstək verən digər tələbə qrupları ilə həmrəylik nümayiş etdirmək istəyən yunan tələbə birlikləri axşam təşkil etdikləri aksiyada mahnılarla sülh mesajı verib. Aksiya çərçivəsində keçirilən konsertdə sülh və dostluq mahnıları səsləndirilib.

Qeyd edək ki, aksiya üçün universitetin qarşısında çadırlar da qurulub.

Məhəmməd Tağıyev

 





14.05.2024    çap et  çap et