Cenevrə Universitetində mayın 7-dən bəri davam edən Fələstinə dəstək nümayişinə polis müdaxilə edib.
525.az xəbər verir ki, yerli vaxtla saat 05:00 radələrində 20-ə yaxın polis kampusdakı etiraz aksiyasının keçirildiyi əraziyə daxil olub. Bölgəni tərk etməkdən imtina edən 60-a yaxın tələbə şəxsiyyəti yoxlanıldıqdan sonra saxlanılıb. Tələbələr dindirildikdən sonra sərbəst buraxılıb.
Daha sonra aksiyanın keçirildiyi ərazidən Fələstin bayraqları, bannerlər, stol və stul kimi bütün materiallar yığışdırılıb.
Qeyd edək ki, tələbələr aksiyaya son qoymadıqlarını və davam edəcəklərini deyib.
Məhəmməd Tağıyev
çap et