525.Az

Kolumbiya Universitetində İsrailə qarşı etiraz


 

Kolumbiya Universitetində İsrailə qarşı etiraz<b style="color:red"></b>

ABŞ-də Kolumbiya Universitetinin Hüquq fakültəsi tələbələrinin buraxılış mərasimində Fələstinin tərəfdarı olan bəzi məzunlar universitet rəhbərliyinə səssiz etiraz ediblər.

525.az xarici mediaya istinadən xəbər verir ki, Nyu-Yorkda Kolumbiya Universitetinin şəhərciyindən uzaqda yerləşən idman kompleksində keçirilən buraxılış mərasimində bəzi hüquq fakültəsinin məzunları Fələstin bayrağının rəngləri olan şərflərlə səhnəyə çıxıblar.

ABŞ-nin bir çox universitetinə yayılan Fələstinə dəstək nümayişlərinin mərkəzi olan universitetin buraxılış mərasimində bəzi tələbələr səhnəyə "Atəşkəs indi" yazılmış pankart açıb.

Malik Atilay 

 





14.05.2024    çap et  çap et