525.Az

Putin bombardmanı dayandırarsa, sülh danışıqları mümkündür - Fon der Lyayen


 

Putin bombardmanı dayandırarsa, sülh danışıqları mümkündür - <b style="color:red">Fon der Lyayen</b>

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanı bombardmanı dayandırarsa, növbəti gün sülh danışıqları aparıla bilər.

525.az xarici mediaya istinadən xəbər verir ki, Avropa Parlamenti (AP) seçkiləri ilə bağlı təbliğat aparmaq üçün Romaya gələn Fon der Lyayen Avropa Xalq Partiyası (EPP) qrupunda Forza Italia (FI) lideri və eyni zamanda Baş nazirin müavini Antonio Tajani və gənclərlə görüşüb.

İtaliya mətbuatında yer alan xəbərlərə görə, Fon der Lyayen burada Rusiya-Ukrayna müharibəsi ilə bağlı qiymətləndirmə apararaq: "Putin bombardmanı dayandırarsa, ertəsi gün sülh danışıqları aparıla bilər. Amma sülh prosesi ukraynalılar tərəfindən idarə olunmalıdır", - deyib.

Qeyd edək ki, Avropa Komissiyasının Prezidenti İkinci Dünya Müharibəsindən sonra sülh nizamı qurduqlarını və Rusiyanın buna meydan oxuduğunu bəyan edib.

Malik Atilay 

 





14.05.2024    çap et  çap et