Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş BMT əməkdaşlarına qarşı edilən bütün hücumları pisləyib və hərtərəfli araşdırma tələb edib.
525.az xarici mediaya istinadən xəbər verir ki, mövzu ilə bağlı BMT sözçüsü açıqlama verib.
Quterreş Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki Avropa xəstəxanasına gedən BMT maşınına hücum nəticəsində BMT Təhlükəsizlik Bölməsinin bir əməkdaşının öldüyünü, bir nəfərin isə yaralandığını kədərlə öyrəndiyini bildirib.
Baş katib BMT personalına qarşı edilən bütün hücumları pisləyib və hərtərəfli araşdırmaya çağırıb.
Malik Atilay
çap et