Tiflisdə etirazçılar bütün gecəni xarici agentlər haqqında qanuna qarşı etiraz aksiyasını davam etdiriblər. Rustaveli meydanında parlamentin yaxınlığında xüsusi texnika və əlavə dəstələr yerləşdirilib.
525.az bu barədə "Lenta.ru"ya istinadən xəbər verir.
Səhər parlament qanun layihəsinə üçüncü oxunuşda baxılması üçün hüquq komitəsinin iclasının keçirilməsi barədə qərar qəbul edib, daha sonra isə qanun qəbul edilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Tiflisin mərkəzi hissəsində Avropa Günü şərəfinə və xarici agentlər haqqında qanunun qəbuluna qarşı yürüş başlayıb. Vətəndaşların xarici agentlər haqqında qanunun geri götürülməsini tələb etdiyi Avropayönlü etiraz aksiyası qeyri-hökumət təşkilatları tərəfindən planlaşdırılıb.
Havar Şəfiyeva
çap et