Nigeriyanın şimal-qərbindəki Zamfara əyalətində yeni naməlum xəstəlik yayılır.
525.az xəbər verir ki, bu barədə "Daily Star" yerli hökumət rəsmilərinə istinadən məlumat yayıb.
Nigeriyanın səhiyyə naziri Aisha Anka bildirib ki, artıq xəstəlikdən ilk ölüm halları qeydə alınıb.
Səhiyyə şöbəsinin müdirinin sözlərinə görə, naməlum xəstəlik Maradun, Şinkafi və Qusau kəndlərində aşkarlanıb.
Qeyd olunur ki, indiyədək ümumilikdə 177 yoluxma halı təsdiqlənib.
Havar Şəfiyeva
çap et