Rusiya Prezidenti Vladimir Putin Çin sədri Si Cinpinin dəvəti ilə mayın 16-17-də Çinə səfər edəcək.
525.az xəbər verir ki, Rusiya liderinin səfərinin tarixləri Kremlin mətbuat xidməti tərəfindən açıqlanıb.
Bildirilir ki, danışıqlar zamanı dövlət başçıları ən aktual beynəlxalq və regional problemlər ətrafında fikir mübadiləsi aparacaqlar. Bundan əlavə, onların birgə bəyanatı və bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.
Qeyd olunur ki, Putinin səfər proqramına onun Çin Xalq Respublikası Dövlət Şurasının Baş naziri Li Çianqla görüşü daxildir.
Havar Şəfiyeva
çap et