525.Az

Qürbətdə Azərbaycan davası, yaxud həqiqət və yalnız həqiqət


 

Qürbətdə Azərbaycan davası, yaxud həqiqət və yalnız həqiqət<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

M.Ə.Rəsulzadə Azərbaycan sovet ədəbiyyatşünaslığında olduğu kimi postmonarxist düşüncədə, o cümlədən rusların SSRİ xalqlarının ədəbiyyatşünaslığnda tarixin təftişi, fakt, hadisə sənədlərin təhrifini, təftişini tənqid edirdi. Buna misal olaraq Rusiya İran arasında imzalanan, Azərbaycanın parçalanması ilə nəticələnən "Gülüstan" (1813), "Türkmənçay" (1828) müqavilələrinə dostluq donu geydirilməsinə tənqidi fikirləri göstərmək olar.

M.Ə.Rəsulzadənin "Azərbaycan Cümhuriyyəti (keyfiyyəti-təşəkkülü şimdiki vəziyyəti" (1923), "Əsrimizin Səyavuşu", "İstiqlal məfkurəsi gənclik", "Rusiyada siyasi vəziyyət" (1923-1925), "İstiqlalçı sosializmin iflası demokratiyanın gələcəyi" (1928), "Milliyyət bolşevizm" (1928), "Panturanizm haqqında" (Paris, rus dilində, 1930), "Panturanizm Qafqasiya problemi" (Varşava, rus dilində, 1930), "Azərbaycanda Milli Hərəkat" (19 noyabr 1933), "Çağdaş Azərbaycan ədəbiyyatı" (1936, 1950), "Azərbaycan problemi" (Almaniya, almanca, 1937), "Azərbaycan müstəqillik uğrunda mübarizədə" (Varşava, polyakca, 1938), "Azərbaycan şairi Nizami" (avqust 1941, Almaniya, Buxarest, 1951), "Azərbaycan tarixi" (1947), "Azərbaycan Kültür gələnəkləri" (1949) kitabları, çoxsaylı elmi-nəzəri publisistik yazıları həyatının mühacirət dövründə yazılıb nəşr edilib.

Azərbaycan mühacirətinə liderlik edən M.Ə.Rəsulzadə hansı ölkədə hansı şəraitdə yaşamasından asılı olmayaraq böyük Azərbaycan idealına sadiq qalıb, vətənini tanıtmaq, onun azadlığına qovuşmaq üçün çalışıb. Bu fikri birmənalı söyləməyə əsas verən görkəmli siyasətçi, alim, ədib, ictimai xadim olan M.Ə.Rəsulzadənin zəngin irsi, qürbət acıları, Vətən həsrəti ilə qovrulan şəxsiyyəti, tərcümeyi-halındakı həqiqətlərdir. Onun xarici ölkələrdəki ictimai-siyasi fəaliyyəti yaradıcılığı rəhbərlik etdiyi, redaktoru olduğu qəzet jurnallarla bilavasitə bağlıdır. Bunlar "Yeni Qafqasiya" (1923), "Prometey"(1926), "Azəri-türk" (1928), "Odlu yurd" (1929), "Bildiriş" (1930), "İstiqlal" (Berlin, 1932), "Qurtuluş" (Berlin, 1934), "Azərbaycan" (1952) sairdən ibarətdir. Xarici ölkələrdə, xüsusən Türkiyə, Polşa, Almaniya, Fransa Rumıniyada məskunlaşan azərbaycanlı mühacirlərin təşkilatlanmasına fədakarlıqla çalışan, onların yaşam haqlarının tanımasını vacib sayan M.Ə.Rəsulzadə siyasi mühacir olan həmfikirlərinin mövqeyini yazılarında açıq-aydın ifadə edir, bütövlükdə Azərbaycanın, Xalq Cümhuriyyətindən sonrakı taleyinə, kommunist işğalına dair məqalələrlə çıxış edirdi. Bu zaman mövcud ictimai-tarixi fakt həqiqətlərə, sovet mətbuatı materiallarına istinad edən M.Ə.Rəsulzadə Azərbaycan ədəbiyyatı mətbuatı materiallarına xüsusi əhəmiyyət verir, xalqın tarixi taleyi ilə mövcud vəziyyəti arasında paralellər aparır, təhlil etdiyi gerçəkləri irs-varislik əlaqələri zəminində aydınlaşdırırdı. Məhz həmin mövqedə dayandığına görədir ki, o Azərbaycanın kommunist istilasından azad olacağına inanır, milli-mədəni dəyərlərin hər cür siyasi şüarlardan üstün olduğunu diqqət mərkəzində saxlayırdı. Maraqlıdır ki, M.Ə.Rəsulzadə nəinki irihəcmli monoqrafiyalarında, məsələn "Azərbaycan şairi Nizami" başqa əsərlərində ədəbiyyatı, nəsr, poeziya dramaturgiyanı təhlil, tədqiq obyekti seçir, eyni zamanda sosial-siyasi fəlsəfi məzmunlu məqalə düşüncələrində bədii materiallara, şeir nümunələrinə mühüm yer ayırırdı.

Diqqətəlayiq bir məqam da ondan ibarətdir ki, hər hansı ədəbi şəxsiyyət, əsər, şeir nümunəsinə istinad edərkən M.Ə.Rəsulzadə azadlıq, hürriyyət, müstəqillik, haqq ədalət duyğularına üstünlük verir, insanların birgə bərabər yaşamına xidmət göstərmənin ən ali vəzifə olduğunu diqqət mərkəzində saxlayırdı. Yəqin elə buna görədir ki, Böyük Azərbaycan şairi Nizami Gəncəvi onun istəklərinə daha dolğun cavab verir, adil hökmdar, ədalətli cəmiyyət, birlik bərabərlik prinsipləri ilə yaşayan ədəbi qəhrəmanlar M.Ə.Rəsulzadəni hamıdan çox maraqlandırırdı. M.Ə.Rəsulzadənin klassik Şərq ədəbiyyatının məşhur nümayəndəsi Əbülqasım Firdovsinin "Şahnamə"sinə istinadla yazdığı "Əsrimizin Səyavuşu" əsəri Azərbaycanın azadlıq ruhunu ifadə edir, bədii əsərdən daha çox siyasi-fəlsəfi traktat səciyyəsi daşıyan bu əsərin xəyali real qəhrəmanları "azadlıq, bərabərlik, qardaşlıq" cəmiyyətinin qurulacağına inam bəsləməsi ilə maraq doğurur.

"İnsanlara hürriyyət, millətlərə istiqlal" şüarını dövrün ictimai-siyasi tələblərinə uyğun şəkildə müdafiə edən M.Ə.Rəsulzadə sosial, mədəni düşüncələri, ədəbi-nəzəri fikirləri şəxsi həyat təcrübəsində ona əməl edir, məqalələrində Azərbaycan ədəbiyyatı mətbuatının demokratizmini ön plana çəkir, milli ədəbiyyatın ümumbəşəri dəyərlərinə diqqət yönəldir, tarixən "doğru fikir, doğru söz, doğru əməl" (Zərdüşt) düşüncəsi ilə yaşayan azərbaycanlıların sovet Rusiyasının asılılığından qurtuluşunu başlıca vəzifə sayırdı. M.Ə.Rəsulzadənin bu istiqamətdə apardığı mübarizəni onun ictimai-siyasi məzmunlu yazıları ilə yanaşı ədəbi-tənqidi məqalələri parlaq şəkildə əks etdirir. Onun "Şəkilcədə , mühtəvaca da ruslaşdırma", "Ağaoğlu Əhməd", "Azərbaycan mətbuatının piri", "Böyük kompozitor Hacıbəyli Üzeyir", "Mirzə Fətəli Axundzadə", "Vəzirli Nəcəf bəy", "Ədəbi bir hadisə", "Ricali-Azərbaycan dər əsri-məşrutiyyət" sair məqalələri bu mənada daha çoxdiqqətəlayiqdir. Marksist-leninçi ideoloqların sosialist realizmi metodologiyasının pərdəsi altında ruslaşdırma siyasəti yürütdüyünü ifşa edən M.Ə.Rəsulzadə bildirirdi ki, "Çar dövründəki senzor Azərbaycanı mətbuatsız buraxmışdı. Kommunist dövründəki işğal isə Azərbaycanı istiqlalından, mətbuatını da milli şüura xidmətdən məhrum buraxmışdır.

Fəqət, Rusiya çarizmi "Milliyyət"i, "Millət" olmakdan nasıl mən etmədiysə (mane ola bilmədi isə), Bolşevizm dəxi "Millət"i, "Milliyyətə çevirmək qüdrətində deyildir" ("Azərbaycan mətbuatının piri"). Yeni sovet Adamı, kommunist tipi, oktyabryat, pioner yetişdirən ideologiyanın mahiyyət məqsədini öngörücülüklə söyləyən M.Ə.Rəsulzadə bu işdə ədəbiyyat mətbuatın xüsusi rolu olduğunu vurğulayırdı. milli dil, düşüncə, hiss duyğular kompleksini qoruyan mətbuat nümunələri bədii ədəbiyyat xadimlərini həmin meyarla tədqiq, təhlil təqdim edən M.Ə.Rəsulzadə "Əkinçi" qəzetinin xidmətlərini həmin məqsədlə diqqət mərkəzinə çəkir, onun ictimai dəyərinə mühüm diqqət verirdi.

O deyirdi: "Əkinçi"nin zühuru, tək milli deyil, eyni zamanda demokratik bir hadisə idi. Xanlıqlar dövrünün şairləri kimi o, saraylara saraylar ətrafında toplanan mümtaz zövq sahiblərinə deyil, bütün xalqa xitab edirdi, milli bir məqsəd güdürdü.

Xalqı aydınlatmaq onun ən böyük məqsədi idi.

Mətbəəsizlik, mürəttipsizlik kimi maddi müşkülləri mühitdəki təəssüf kimi mənəvi maneələri ideal eşq əzmlə aradan qaldırmaq istəyən Həsən bəy özü kimi çağdaş elm fənn cihazi ilə silahlanmış olan sayları məhdud gənc aydınları işə çağırır deyir ki:

"Ey elm təhsil edən cavanlarımız, doğrudur, bizim Vətən qardaşlarımızla üns tutmaq şiddətlidir. Sizin danışdığınızı onlar başa düşmür. Sizə kafır deyib incidəcəklər. Doğrudur, qeyri millətlər, sizin kamalınızı görüb sizə artıq rütbə verəcəklər. Amma insaf deyil ki, beş günlük ömür ləzzətindən ötəri milləti, qardaşlarımızı atıb onları kor sərgərdan qoyasınız" ("Azərbaycan mətbuatının piri").

Göründüyü kimi mütəfəkkir tənqidçi "Əkinçi"nin meydana gəlməsini ümummilli ictimai tərəqqi əsasında "demokratik hadisə" kimi qiymətləndirir, qəzetin xalqa xitabını, onun ictimai ideallara xidmətini xüsusi vurğulayaraq deyirdi ki, "Əkinçi" xalqlar dövrünün şairləri kimi saraylara saraylar ətrafında toplanan mümtaz zövq sahiblərinə deyil, bütün xalqa xitab edirdi, milli bir məqsəd güdürdü. Xalqı ayıltmaq onun ən böyük məqsədi idi". "Azərbaycan mətbuatının piri" XIX əsrin sonunda, XX əsrin əvvəllərində mətbuatdakı hadisələri yaxından izləyən M.Ə.Rəsulzadənin özü aktiv publisist, redaktor, siyasi icmalçı, dövlət xadimi kimi mətbuatın "ümmətdən millətə" keçiddə mühüm rol oynadığını gördüyündən sovet dövründə ədəbiyyat mətbuatın hansı istiqamətdə fəaliyyət göstərməsinə diqqət yetirir, forma məzmunca dəyişən sovet ədəbiyyatı mətbuatının pərdəarxası oyunlarını düzgün müəyyənləşdirir, sosialist realizmi metoduna əsaslanan yazarların mövqeyini ifşa tənqid edirdi. Bu münasibətlə yazmış olduğu "Şəkilcə , mühtəvaca da ruslaşdırma" məqaləsi ayrıca maraq doğurur.

(Ardı var)

 





02.10.2014    çap et  çap et