525.Az

Sinqapur Baş nazirinin 20 illik hakimiyyəti sonlanır


 

Sinqapur Baş nazirinin 20 illik hakimiyyəti sonlanır<b style="color:red"></b>

Sinqapurun Baş naziri Li Hsien Lunq bu gün 20 illik səlahiyyət müddətini başa vurur.

525.az xəbər verir ki, Li 2004-cü ildən bəri tutduğu Baş nazir vəzifəsini öz partiyasından olan Baş nazirin müavini və maliyyə naziri Lourens Vonqa təhvil verəcək.

İnkişaf etmiş və sabit iqtisadiyyatı ilə Cənub-Şərqi Asiyanın ən mühüm ticarət və maliyyə mərkəzlərindən biri olan ölkənin uğur hekayəsini Sinqapurun qurucu lideri və ilk baş naziri Li Kuan Yu-nun oğlu Li Lung yazıb.

Linin dövründə iqtisadi bərabərsizliklər də nisbətən yaxşılaşıb. Həmçinin, bir ölkədə gəlir bərabərsizliyini ölçən Cini əmsalı son 20 ildə 0,42-dən 0,37-ə enib.

Məhəmməd Tağıyev

 





15.05.2024    çap et  çap et