ABŞ xarici işlər naziri Entoni Blinken ölkəsinin Ukrayna üçün 2 milyard dollarlıq orta və uzunmüddətli xarici hərbi maliyyələşdirmə paketini təsdiqlədiyini açıqlayıb.
525.az xəbər verir ki, Ukraynaya səfər edən Blinken Kiyevə verilən dəstək barədə açıqlamalar verib. Nazir ABŞ-nin Ukraynaya 2 milyard dollar əlavə xarici hərbi maliyyə ayıracağını bildirib.
İki ölkənin təhlükəsizlik razılaşması üzərində işləməyə davam etdiyini açıqlayan Blinken, bu razılaşmanın çox qısa müddətdə tamamlana biləcəyinin vurğulayıb.
Məhəmməd Tağıyev
çap et