525.Az

Nigeriyada bazaya hücum: 5 əsgər həyatını itirib


 

Nigeriyada bazaya hücum: <b style="color:red">5 əsgər həyatını itirib</b>

Nigeriyanın Katsina əyalətində hərbi bazaya silahlı hücum nəticəsində 5 əsgər həyatını itirib, 11 əsgər isə yaralanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Nigeriya ordusundan verilən açıqlamada silahlı dəstə üzvlərinin Katsina əyalətinin Faskari bölgəsindəki hərbi bazaya hücum etdiyi bildirilib.

Açıqlamada hücumda 5 əsgərin həyatını itirdiyi, 11 əsgərin isə yaralandığı qeyd edilib.

Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP terror təşkilatlarının hücumları ilə üzləşib.

Qeyd edək ki, son zamanlar silahlı şəxslərin motosikletlərlə hücumu səbəbindən ölkənin bəzi ştatlarında motosikletlərdən istifadə qadağan edilib.

Malik Atilay 

 





15.05.2024    çap et  çap et