525.Az

İndoneziyada torpaq sürüşməsi və daşqınlar - 41 ölü


 

İndoneziyada torpaq sürüşməsi və daşqınlar - <b style="color:red">41 ölü</b>

İndoneziyanın Qərbi Sumatra əyalətində daşqın və torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin sayı 41-ə yüksəlib.

525.az xarici mediaya əsasən xəbər verir ki, Milli Fəlakətlərin İdarə Olunması Agentliyinin sözçüsü Əbdül Muhari selin təxminən 200 evi su altında qoyduğunu və bəzi binalara ciddi ziyan vurduğunu bildirib.

Qərbi Sumatra Fəlakətlərin Azaldılması Agentliyinin prezidenti İlham Vahab da axtarış-xilasetmə əməkdaşlarının bölgədə daha çox cəsəd tapdığını və həlak olanların sayının 41-ə yüksəldiyini bildirib.

İtkin düşən 17 nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyini deyən Vahab, əlavə olaraq əlverişsiz hava şəraitinin işə mane olduğunu vurğulayıb.

Malik Atilay 

 





15.05.2024    çap et  çap et