525.Az

Yaponiyada ölümcül xəstəlik sürətlə yayılır


 

Yaponiyada ölümcül xəstəlik sürətlə yayılır<b style="color:red"></b>

Yaponiyada ölümlə nəticələnə bilən hemolitik streptokokların rekord şəkildə yayılması qeydə alınıb.

525.az xəbər verir ki, bu barədə "NHK" telekanalı məlumat yayıb.

Qeyd olunur ki, bu il mayın 5-dən indiyədək 801 yoluxma faktı qeydə alınıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,76 dəfə çoxdur.

O da qeyd olunur ki, ümumilikdə 2023-cü ildə 941 kəskin hemolitik streptokok yoluxucu xəstəlik hadisəsi qeydə alınıb.

Havar Şəfiyeva
 

 





15.05.2024    çap et  çap et