525.Az

Zelenski İspaniyaya səfərini son anda ləğv edib


 

Zelenski İspaniyaya səfərini son anda <b style="color:red">ləğv edib</b>

Ukrayna Prezidenti Vladimir Zelenski cümə günü ölkənin Baş naziri Pedro Sançeslə görüşün keçirilməli olduğu İspaniyaya səfərini son anda ləğv edib.

525.az xəbər verir ki, bu barədə "EFE" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, cümə günü keçirililəcək görüşdə Kiyev və Madrid təhlükəsizlik sazişi imzalamağı planlaşdırırdılar.

Xatırladaq ki, Ukrayna artıq Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Kanada və digər ölkələrlə oxşar sazişlər bağlayıb.

Havar Şəfiyeva

 





15.05.2024    çap et  çap et