525.Az

Prezidentdən Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə


 

Prezidentdən Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə<b style="color:red"></b>

Prezident İlham Əliyev AMEA Milli Azərbaycan Tarixi Muzeyinə erkən orta əsrlərə aid saxsı qab hədiyyə edib.
 
Lent.az-ın AMEA-nın saytına istinadən xəbərinə görə, bu barədə muzeyin direktoru Nailə Vəlixanlı məlumat verib. Onun sözlərinə görə, saxsı qab sentyabrın 29-da Həştərxanda Xəzəryanı Ölkələrin Dövlət Başçılarının IV sammitində Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən dövlət başçımıza təqdim edilib. Bu qədim dövr nümunəsi ötən əsrin 30-cu illərində Xəzər dənizinin Bakıətrafı sahillərində aparılan sualtı arxeoloji ekspedisiya zamanı tapılıb.

N. Vəlixanlı muzeyə göstərdiyi diqqət və etimada görə ölkə rəhbərinə təşəkkürünü bildirib. O, eksponatın muzeyin ekspozisiyasında yer alacağını vurğulayıb.

 





02.10.2014    çap et  çap et