525.Az

İşğalçı qüvvələrin nə qədər itki verdiyi açıqlanıb


 

İşğalçı qüvvələrin nə qədər itki verdiyi açıqlanıb<b style="color:red"></b>

2014-cü ilin əvvəlindən Ermənistan ordusu və Qarabağdakı işğalçı hərbi birləşmələr 38 nəfər itirib. Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin yanvar-sentyabr aylarında apardığı araşdırmanın nəticələrində belə deyilir.
 
“Media forum saytı “Armtoday.info”ya istinadla xəbər verir ki, 20 hərbi qulluqçunun Azərbaycan ordusunun açdığı atəş nəticəsində öldüyü iddia olunur. 18 itki qeyri-döyüş itkisi kimi qeydə alınıb.

Azərbaycan Silahlı Qüvvələrinin 9 ayda neçə itki verdiyi bilinmir. Sentyabrın 1-də “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi 2014-cü ilin 8 ayında təhlükəsizlik və müdafiə sektorunun itkilərini açıqlamışdı. Açıqlamaya görə, yanvar-avqust aylarında Azərbaycan Silahlı Qüvvələri 77 nəfər itirib. 25 nəfər ermənilərlə döyüşdə şəhid olub, 3 nəfər mina partlayışında həyatını itirib. İtkilərin 49-u qeyri-döyüş itkisidir.

 

 





02.10.2014    çap et  çap et