525.Az

Putin yeni müddətinin ilk xarici səfəri üçün Çinə gedib


 

Putin yeni müddətinin ilk xarici səfəri üçün Çinə gedib<b style="color:red"></b>

Rusiya Prezidenti Vladimir Putin yeni müddətinin ilk xarici səfəri üçün Çinə gedib.

525.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya lideri Putinin təyyarəsi səhər tezdən Pekin hava limanına enib.

Putinin səfəri beynəlxalq və regional gərginliyin artdığı bir vaxta təsadüf edib.

Çin lideri Si Cinpin və Putin "hərtərəfli strateji tərəfdaşlıq koordinasiyası" olaraq təyin olunan geosiyasi yaxınlaşmanı gücləndirməyi hədəfləyiblər.

Qeyd edək ki, Vladimir Putin Pekindəki təmaslarından sonra Çinin Rusiya sərhədində yerləşən Harbin şəhərində də görüşlər keçirəcək.

Malik Atilay

 





16.05.2024    çap et  çap et