Almaniyanın Düsseldorf şəhərində bir binada baş verən yanğında 3 nəfərin öldüyü, 16 nəfərin isə yaralandığı bildirilib.
525.az xəbər verir ki, yanğınsöndürmə briqadasının sözçüsündən verilən açıqlamada yerli vaxtla saat 02:25-də Licht küçəsindəki bir binanın aşağı mərtəbəsindəki köşkdə baş verən yanğına dərhal müdaxilə edildiyi, partlayışla birlikdə alovun ətrafa keçdiyi bildirilib.
Açıqlamada binanın qarşısındakı avtomobillərin də yandığı, binanın təxliyə edildiyi, lakin yanğında 3 nəfərin həyatını itirdiyi qeyd edilib.
Polis ölənlərin kimliyini açıqlamasa da, yanğın səbəbinin araşdırıldığı bildirib.
Məhəmməd Tağıyev
çap et