525.Az

CENTCOM: Qəzzada müvəqqəti limanın quraşdırılması başa çatıb


 

CENTCOM: Qəzzada müvəqqəti limanın quraşdırılması başa çatıb<b style="color:red"></b>

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Qəzza zolağında humanitar yardım üçün qurulan müvəqqəti limanın tamamlandığını və yardımların bir neçə gün ərzində başlayacağını açıqlayıb.

525.az xəbər verir ki, komandanlığın sosial media hesabından edilən açıqlamada CENTCOM personalının fələstinli mülki vətəndaşlara humanitar yardım səylərini dəstəkləmək üçün səhər saatlarında Qəzza sahillərində qurulan müvəqqəti limana lövbər saldığı bildirilib.

Açıqlamada heç bir ABŞ əsgərinin Qəzzaya girmədiyi, humanitar yardım daşıyan yük maşınları ilə gələn yardımın bir neçə gün ərzində sahildən alınmasının gözlənildiyi ifadə edilib.

Qeyd edək ki, BMT yardımı alacaq və Qəzzada paylanmasını koordinasiya edəcək.

Məhəmməd Tağıyev

 





16.05.2024    çap et  çap et