525.Az

ABŞ Konqresinin binasında kokain tapılıb


 

ABŞ Konqresinin binasında kokain tapılıb<b style="color:red"></b>

ABŞ Konqres Polisi ölkə administrasiyasının mərkəzi olan Capitol Hill binasında içərisində kokain olan bir paket tapdığını açıqlayıb.

525.az xəbər verir ki, ABŞ Konqres Polisindən verilən açıqlamada Konqresin yerləşdiyi Capitol Hill binasında aşkar edilən paketin içindəki ağ maddə üçün edilən kokain testinin müsbət çıxdığı bildirilib.

Açıqlamada sözügedən bağlamanın çox sayda insanın istifadə etdiyi ikinci mərtəbədəki dəhlizdə tapıldığı ifadə edilib.

Qeyd edək ki, hadisə ilə bağlı araşdırmaların davam etdirildiyi və bu çərçivədə paketi kimin yerləşdirdiyini müəyyən etmək üçün DNT testinin aparılacağı vurğulanıb.

Məhəmməd Tağıyev

 





16.05.2024    çap et  çap et