525.Az

Poeziyanın Rəsul Rza zirvəsi


 

Poeziyanın Rəsul Rza zirvəsi<b style="color:red"></b>

Ənənəvi olaraq hər il Rəsul Rzanın Ev-Muzeyində böyük şairin doğum günü qeyd edilir.

17 may 2024-cü ildə şairin anadan olmasının 114-cü ildönümünə həsr edilmiş tədbirdə şairin Ev-Muzeyində fəaliyyət göstərən Rəsul Rza adına Poeziya Klubunun və Rəsul Rza adına “Gənc yazarlar” dərnəyinin üzvləri,rayonda fəaliyyət göstərən muzey və kitabxanaların nümayəndələri, Rəsul Rza adına Göyçay şəhər 1 saylı tam orta məktəbinin, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin, Arif Məmmədov adına 7 illik Uşaq Musiqi məktəbinin bir qrup müəllim və şagirdləri iştirak edirdilər.

525.az xəbər verir ki, tədbir şairin öz səsi ilə “Gələcəyə səyahət” (Pəncərəmi açdım sabaha) şeirinin lent yazısı ilə başlayır. Rəsul Rzanın Ev-Muzeyinin direktoru Solmaz Həsənova giriş sözü ilə tədbiri açaraq qonaqları salamladı. O, şairin mənalı həyat yolundan, ictimai fəaliyyətindən, parlaq ədəbi yaradıcılığından danışaraq Aszərbaycan poeziyasının zənginləşməsində misilsiz xidmətlərini qeyd etdi. Sonra Rəsul Rza adına Poeziya Klubunun və “Gənc yazarlar” dərnəyinin rəhbəri, AYB-nin üzvü Adil Məmməd Rəsul Rzanın əsərlərinin poetikasından, bədii keyfiyyətlərində, mütərəqqi ənənəyə söykənərək poeziyamıza gətirdiyi məzmun və forma yeniliklərindən, böyük bir şair nəslinin yetişməsində xidmətlərindən söz açaraq qeyd etdi ki, onun həmişəyaşar  irsi bundan sonra da neçə-neçə nəslin estetik zövqünün formalaşmasında mühüm rol oynayacaqdır. Şairin dərin fikirlərlə duyğuların vəhdətindən yaranan əsərləri bənzərsiz və təkrarsızdır.

Rəsul Rza şeirlərinin cazibəsi, sehri nədədir ki, onlar milyonlarla insanların könüllərini fəth etmiş, ruhi ehtiyacına çevrilmişdir? Bu sualın cavabını şairin yeniliklə Azərbaycan poeziyasının bir neçə nəslinə məxsus ənənəvi birləşdirməsində, vəhdət yaratmasındadır. Tədbir ərzində şairin adını daşıyan şəhər 1 saylı tam orta məktəbin şagirdləri Rəsul Rzanın şeirlərindən ibaərət kompozisiyanı məharətlə ifa etdilər. Arif Məmmədov adına Göyçay  7 illik uşaq musiqi məktəbinin müəllim və şagirdlərinin hazırladıqları musiqi programı maraqla qarşılandı.

Şairin  sözlərinə bəstələnmiş ölməz mahnıların ifası dəfələrlə alqışlandı. Sonda şairin ömür yoldaşı və məslək dostu, görkəmli şairə Nigar Rəfibəylinin sözlərinə Emin Sabitoğlunun bəstələdiyi “Ala gözlüm” mahnısı ifa olundu. Əvvəldən axıra kimi maraqla qarşılanan tədbir başa çatdıqdan sonra da bir müddət iştirakçılar Rəsul Rza yaradıcılığı və şəxsiyyəti ilə əlaqədar öz aralarında söhbətləşdilər, fikirləri bölüşdülər.

 





17.05.2024    çap et  çap et