|
|
|
|
"Yəqin ki, müəyyən zaman gələcək ki, Azərbaycanda imtahan modeli dəyişə bilər".
525.az xəbər verir ki, bunu APA-nın sualına cavab olaraq Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, attestatla universitetlərə qəbul gözlənilmir.
"Siz bilirsiniz, 0 balla belə atestat alan var. Amma bu balla universitetə qəbul olmaq mümkün deyil", - o əlavə edib.