525.Az

Türkiyə ordusu "İŞİD"lə döyüşəcək


 

Türkiyə ordusu "İŞİD"lə döyüşəcək<b style="color:red"></b> Türkiyə parlamenti ölkə hüdudlarından kənarda Silahlı Qüvvələrdən  istifadə etməyə icazə verib.  
 
525.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hökumət Suriyada və İraqda vəziyyətin gərginləşməsi, “İŞİD” terror qruplaşmasının Suriyadakı qüvvələrinin ölkə üçün yaratdığı təhlükə ilə bağlı ordunun sərhədyanı əməliyyatlara cəlb olunmasına dair parlamentə sorğu  göndərmişdi.
 
Mandat bir il müddətində qüvvədə olacaq.
 
Səsvermədə, ümumilikdə 396 deputat iştirak edib, onlardan 298-i lehinə, 98-i isə əleyhinə səs verib. Sənədi ölkə prezidenti R.T.Ərdoğan da dəstəkləyib.  
 
Səsvermə açıq keçirilib. 
 





03.10.2014    çap et  çap et