525.Az

"Qarabağ" məğlub oldu


 

"Qarabağ" məğlub oldu<b style="color:red"></b>

Bu gecə Avropa Liqasında qrup mərhələsinin II turunun oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə,  qitənin ikinci dərəcəli klub turnirində mübarizəni davam etdirən yeganə təmsilçimiz “Qarabağ” da növbəti matçına çıxıb.

Qurban Qurbanovun komandası səfərdə İtaliya nəhənglərindən olan “İnter”lə  qarşılaşıb. Qrup mərhələsinin ilk turunda Bakıda “Sent Etyen”dən bir xal alan (0:0) Ağdam klubu Milan səfərindən də ən azı bir xalla qayıtmaq niyyətində idi. Lakin son Azərbaycan çempionu "İnter"ə 0:2 hesabı ilə uduzub.

2 oktyabr

Avropa Liqası, qrup mərhələsini II turu

00:05. “İnter” (İtaliya) - “Qarabağ” (Azərbaycan) - 2:0
Qollar: Danilo D'Amborssio, 18 (1:0), Mauro İkardi, 85 (2:0)
Hakimlər: Aleksey Kulbakov, Dmitri Juk, Andrey Getsikov, Oleq Maslyanka (Belarus)
Milan. "Cüzeppe Meatsa" stadionu

 





03.10.2014    çap et  çap et