525.Az

Ukraynanın Azərbaycandakı səfiri AYB-də olub


 

Ukraynanın Azərbaycandakı səfiri AYB-də olub<b style="color:red"></b>

Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Azərbaycan Yazıçılar Birliyini (AYB) ziyarət edib.  AYB-nin sədri, Xalq yazıçısı Anarla görüşən səfir hörmət və ehtiramını ifadə edib. Görüşdə Xalq yazıçısı Elmira Axundova, AYB-nin I katibi, Xalq yazıçısı Çingiz Abdullayev, katiblər - Elçin Hüseynbəyli və Səlim Babullaoğlu iştirak ediblər.

AYB-nin fəaliyyəti barədə söhbət açan Xalq yazıçısı Anar tarixən digər xalqların ədəbiyyatlarının təbliğində azərbaycanlı qələm adamlarının təşəbbüsü və zəhmətini xüsusi vurğulayıb.

S.Babullaoğlu Ukranya-Azərbaycan ədəbi əlaqələri barədə ətraflı danışıb, iki ölkə arasında ədəbiyyat körpüsü qurmaq naminə həyata keçirilən layihələri qeyd edib. O, “Dünya ədəbiyyatı” dərgisinin Ukrayna buraxılışını Y.Qusevə təqdim edib və nəşrin mündəricatı barədə məlumat verib.

Səfir AYB-də olduğuna görə məmnunluğunu ifadə edib, ədəbi-mədəni əlaqələrin möhkəmlənməsi yolunda yeni layihələrin həyata keçirilməsinə maraqlı olduğunu vurğulayıb. 

Görüş nəticəsində iki ölkənin ədəbi əlaqələrinin inkişafı üçün yeni tədbirlərin təşkili barədə razılıq əldə olunub.

NADİR


 

 





18.05.2024    çap et  çap et