Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin növbəti Kollegiya iclası keçirilib.
Komitədən Lent.az-a verilən məlumata görə, iclasda Komitənin fəaliyyəti ilə bağlı bir sıra məsələlər müzakirə olunub. Şəhərsalma və Tikinti Məcəlləsinin 5.1.9-cu maddəsinin icrasını təmin etmək məqsədilə “Yerli inşaat materiallarından istifadə edilməklə seysmik rayonlarda tikintinin aparılması üzrə Tövsiyələr”in təsdiq edilməsi barədə qərar qəbul olunub.
Qeyd olunan qərar oktyabr 1-dən qüvvəyə minib.
İclasda həmçinin “Avtomobil dayanacaqları” normativ sənədinə tələblərinin təkmilləşdirilməsi məqsədilə dəyişiklik də təsdiq edilib.
Qeyd edək ki, bu sənəd şəhərsalma fəaliyyətini tənzimləyən əsas normativ sənəddir.