525.Az

Avtobomil dayanacaqları ilə bağlı sənədə dəyişikliklər edildi


 

Avtobomil dayanacaqları ilə bağlı sənədə dəyişikliklər edildi<b style="color:red"></b>

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin növbəti Kollegiya iclası keçirilib.

Komitədən Lent.az-a verilən məlumata görə, iclasda Komitənin fəaliyyəti ilə bağlı bir sıra məsələlər müzakirə olunub. Şəhərsalma və Tikinti Məcəlləsinin 5.1.9-cu maddəsinin icrasını təmin etmək məqsədilə “Yerli inşaat materiallarından istifadə edilməklə seysmik rayonlarda tikintinin aparılması üzrə Tövsiyələr”in təsdiq edilməsi barədə qərar qəbul olunub. 

Qeyd olunan qərar oktyabr 1-dən qüvvəyə minib.
 
İclasda həmçinin “Avtomobil dayanacaqları” normativ sənədinə tələblərinin təkmilləşdirilməsi məqsədilə dəyişiklik də təsdiq edilib.

Qeyd edək ki, bu sənəd şəhərsalma fəaliyyətini tənzimləyən əsas normativ sənəddir.

 





03.10.2014    çap et  çap et