525.Az

Sabah İran Prezidentinin ölümündən sonra parlamentin ilk açıq iclası keçiriləcək


 

Sabah İran Prezidentinin ölümündən sonra parlamentin ilk açıq iclası keçiriləcək<b style="color:red"></b>

İran Prezidenti İbrahim Rəisinin ölümündən sonra parlamentin ilk açıq iclası mayın 21-də baş tutacaq.

525.az TASS-a istinadən xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, iclas sabah səhər saatlarında keçiriləcək.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin helikopteri İran-Azərbaycan sərhədindən çox da uzaq olmayan Verzeqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada bütün sərnişinlər və ekipaj üzvləri həlak olub ("Report").

 





20.05.2024    çap et  çap et