Macarıstan Avropa İttifaqında (Aİ) xarici agentlər haqqında Gürcüstanda qəbul edilmiş analoji qanunların tətbiqini təklif etmək niyyətindədir.
525.az xəbər verir ki, bu barədə Macarıstan Baş nazirinin siyasi müşaviri, siyasətçi Balazs Orban sosial şəbəkədə bildirib.
Orban Avropa ölkələrini qanunu tənqid etməməyə çağırıb və əlavə edib ki, ölkədə demokratik proseslərin bərqərar olmasının şərtlərindən biri də xarici agentlərin fəaliyyətini yatırmaq və ölkənin daxili işlərinə xaricdən müdaxilə etməməkdir.
Havar Şəfiyeva
çap et