525.Az

Pakistanda qızlar məktəbinə bomba hücumu


 

Pakistanda qızlar məktəbinə bomba hücumu<b style="color:red"></b>

Pakistanın Hayber-Paxtunxva əyalətinin Cənubi Vəziristan bölgəsində qızlar məktəbinə bombalı hücum həyata keçirilib.

525.az xəbər verir ki, polis məmuru Səfdər Xan açıqlamasında gecə yarısı naməlum şəxslərin qızlar məktəbində törətdiyi bombalı hücumda xəsarət alan olmadığını bildirib.

Bu ay ikinci dəfə bir məktəbə bomba atıldığını bildirən Xan, son hücumun məsuliyyətini heç kimin üzərinə götürmədiyini qeyd edib.

Hücumun qadınların təhsil almasına qarşı çıxan və daha əvvəl bölgədəki qız məktəblərinə hücum edən Pakistan Talibanı (TTP) tərəfindən həyata keçirildiyi iddia edilir.

Məhəmməd Tağıyev

 





20.05.2024    çap et  çap et