525.Az

Cənubi Afrikada çökən binada ölənlərin sayı 33-ə çatdı


 

Cənubi Afrikada çökən binada ölənlərin sayı <b style="color:red">33-ə çatdı</b>

Mayın 6-da Cənubi Afrikanın Corc şəhərində tikilməkdə olan çoxmərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 33-ə çatıb.

525.az xəbər verir ki, Cənubi Afrika Respublikasının Corc Bələdiyyəsindən verilən açıqlamada dağıntılar altında qalan 62 işçinin hamısının xilas edildiyi, axtarış-xilasetmə işlərinin sona çatdığı bildirilib.

Açıqlamada hadisə nəticəsində 33 nəfərin həyatını itirdiyi vurğulanıb. Yaralanan 29 işçidən 10-nun xəstəxanada müalicəsinin davam etdiyi, ölən 33 işçidən 2-nin şəxsiyyətinin hələlik müəyyən edilmədiyi bildirilib.

Məhəmməd Tağıyev

 





20.05.2024    çap et  çap et