İndoneziyanın şimalındakı İbu dağında vulkan püskürməsi baş verib.
525.az xəbər verir ki, ölkənin Şimali Maluku bölgəsində yerləşən İbu dağında vulkan püskürməsi baş verib. Səlahiyyətlilər partlayışdan sonra 7 şəhərin təxliyə edildiyini açıqlayıb.
İndoneziya Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi (PVMBG) vulkandan çıxan kül buludunun dünənki ilk partlayışda 4 min metrə çatdığını, bu gün yerli vaxtla 06:57-də baş verən partlayışda isə kül buludunun 1900 metrə yüksəldiyini bildirib.
Məhəmməd Tağıyev
çap et