Boliviya, Venesuela və Kuba Prezidentləri İran Prezidenti İbrahim Rəisi və yanındakı rəsmilərin helikopter qəzası səbəbilə baş verənləri kədər və narahatlıqla izlədiklərini bildirib.
525.az xəbər verir ki, Boliviya Prezidenti Luis Arce "X" hesabında verdiyi açıqlamada: "İran İslam Respublikasının qardaş Prezidenti İbrahim Rəisi və onu müşayiət edən şəxslərin səfər etdiyi helikopterin qəzaya uğraması xəbərini kədər və narahatlıqla izləyirik", - deyib.
Venesuela Prezidenti Nikolas Maduro da sosial media hesabında Rəisini daşıyan helikopterin sərt eniş etməsi xəbərini yaxından izlədiyini və kədərləndiyini bildirib.
Kuba Prezidenti Migel Diaz-Kanel də "X" hesabında: "İran lideri Ayətullah Əli Xameneiyə və sevimli İran xalqına həmrəyliyimizi və xoş arzularımızı çatdırırıq", - deyə bildirib.
Məhəmməd Tağıyev
çap et