525.Az

Almaniyada daşqınlar: 1 nəfər ölüb


 

Almaniyada daşqınlar: <b style="color:red">1 nəfər ölüb</b>

Almaniyanın cənub-qərbi cümə günündən bəri güclü yağışın təsiri altındadır.

525.az xəbər verir ki, Almaniyanın Fransa ilə həmsərhəd əyalətləri həddindən artıq yağışın təsiri altında olub. Belə ki, Saarland, Baden Württemberg və Rhineland Pfalz əyalətlərində bir çox yaşayış məntəqəsi sel sularına təslim olub.

İlk ölüm xəbəri də Saarland əyalətindən gəlib. Saarbrücken Bələdiyyəsi sel sularına qapılan 67 yaşlı qadının xilasetmə əməliyyatı zamanı aldığı xəsarətlərə görə aparıldığı xəstəxanada həyatını itirdiyini açıqlayıb.

Qeyd edək ki, meteorologiya rəsmiləri ölkənin cənub-qərbində 24 saatdan az müddətdə hər kvadratmetrə 100 kiloqramdan çox yağış düşdüyünü bildirib.

Məhəmməd Tağıyev

 





20.05.2024    çap et  çap et